UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub. Matç.az saytının məlumatına görə, VI turun sonuncu oyun günündə 4 liqada 7 görüş baş tutub.

A Liqasında bir qarşılaşma baş tutub. III qrupda keçirilən formal xarakterli matçda Portuqaliya və Polşa qollu sülh bağlayıb.

B Liqasında da bir oyun keçirilib. II qrupda Rusiya İsveç səfərində məğlub olaraq 1-ci pilləni əldən verib. Skandinaviyalılar isə A liqasına yüksəlib.

C Liqasında 3 oyun baş tutub. I qrupda Şotlandiya İsrailə qalib gəlməklə 1-ci yeri tutub və B liqasına yüksəlib. Bu qrupun sonuncusu Albaniya isə liqada qalıb. Əvəzində 3-cü yer sahibləri arasında ən pis göstəriciyə malik Kipr D liqasına yuvarlanıb. Digər qrupda isə Serbiya və Rumıniya növbəti qələbələrini bayram edib.

Millimiz isə D Liqasının III qrupunda Kosovoya böyük hesabla uduzub. Bu qrupun autsayderləri arasında görüşdə isə qalib müəyyənləşməyib.

UEFA Millətlər Liqası, VI tur 

20 noyabr

 

A Liqası

3-cü qrup

Portuqaliya – Polşa - 1:1

Silva, 33 - Milik, 66

1.

Portuqaliya

4

2

2

0

5:3

8

2.

İtaliya

4

1

2

1

2:2

5

3.

Polşa

4

0

2

2

4:6

2

B Liqası

2-ci qrup

İsveç – Rusiya - 2:0

Lindelof, 41, Berq, 62

1.

İsveç

4

2

1

1

5:3

7

2.

Rusiya

4

2

1

1

4:3

7

3.

Türkiyə

4

1

0

3

4:7

3

C Liqası

1-ci qrup

Şotlandiya – İsrail - 3:2

Forrest, 34, 43, 64 - Kayal, 9, Zahavi, 75

1.

Şotlandiya

4

3

0

1

10:4

9

2.

İsrail

4

2

0

2

6:5

6

3.

Albaniya

4

1

0

3

1:8

3

4-cü qrup

Monteneqro – Rumıniya - 0:1

Tuçudin, 44

Serbiya – Litva - 4:1

Zulpa, 51-ö.q., Mitroviç, 58, Priyoviç, 71, Lyayiç, 74 - Patraviçyus, 64

1.

Serbiya

6

4

2

0

11:4

14

2.

Rumıniya

6

3

3

0

8:3

12

3.

Monteneqro

6

2

1

3

7:6

7

4.

Litva

6

0

0

6

3:16

0

D Liqası

3-cü qrup

Kosovo – Azərbaycan - 4:0

Zeneli, 2, 50, 74, Rahmani, 61

Malta – Farer adaları - 1:1

Korbolan, 4 - Yohensen, 3

1.

Kosovo

6

4

2

0

15:2

14

2.

Azərbaycan

6

2

3

1

7:6

9

3.

Farer Adaları

6

1

2

3

5:10

5

4.

Malta

6

0

3

3

5:14

3

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest