"Bunların arasında Avropa futbolunun böyük ulduzu Esyyen də var. O, möhtəşəm karyeranın ardından Azərbaycana gedib. Ola bilsin ki, yeni yerlər kəşf etmək niyyətindədir"

Polşanın "cksport.pl"  saytı dünya futbolunun əfsanəvi oyunçularının hazırkı karyerası barədə məqalə hazırlayıb. Matc.az xəbər verir ki, siyahıda "Səbail"də çıxış edən Maykl Esyen də var.
 
Məlumatda Esyenin bir vaxtlar  "çelsi"də, "Real Madrid"də çıxış etməsinə rəğmən, "Səbail"də aparıcı rol oynamadığı qeyd edilib:
 
"Səbail" hazırda çempionatda səkkizinci yerdədir. Onlar ölkənin ən zəif klubudur. Komandanın əksəriyyəti azərbaycanlılardan ibarətdir.  Ancaq heyətdə bir neçə əcnəbi oyunçular da görmək olur. Bunların arasında Avropa futbolunun böyük ulduzu Esyen də var. O, möhtəşəm karyeranın ardından Azərbaycana gedib. Ola bilsin ki, yeni yerlər kəşf etmək niyyətindədir. Təsadüfü deyil ki, Maykl "Səbail"də aparıcı rol oynamır. Qanalı futbolçu eyni zamanda klubun U19 komandasında da çalışır".
 
Qeyd edək ki, Esyen ötən mövsümdən "Səbail"də çıxış edir
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest