"Arsenal" rəhbərliyi sabiq baş məşqçisi Arsen Vengeri komandaya qaytarmağı planlaşdırır. Matc.az xəbər verir ki, Venger Mikel Artetanı əvəzləməyəcək. Klub rəhbərliyi hələlik ona hansı vəzifəni həvalə edəcəyini müəyyənləşdirməyib.
 
Vengerin gəlişi ilə fan-klubların Mikel Artetanın ətrafında birləşməsini təmin etməkdir. 70 yaşlı Vengerin fanatlar arasında böyük nüfuzu var.
 
Rəhbərlik də məhz bu məqamdan istifadə edərək, klubda bütövlüyü təmin etməyi planlaşdırır. Venger "Arsenal"ı 2018-ci ildən tərk edib və o vaxtdan işsizdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest