"Oyunumuzdan razı qalmadım. Topa nəzarət etməyə çalışırdıq. Eyni zamanda, oyuna nəzarəti də əlimizdə saxlamaq istəyirdik". Matç.az sayıtının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqov deyib.

Bosniya və Herseqovina yığması ilə bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra AFFA-nın rəsmi saytına açıqlama verən gənc çalışdırıcı fikirlərini belə davam etdirib: "Daha yaxşı oynamalıyıq. İstər müdafiədə, istərsə də hücumda bundan yaxşı təsir bağışlamalıydıq. Daha yaxşı oynaya biləcəyimizi düşünürəm".

Qeyd edək ki, sözügedən matç millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest