"Maltaya səfərdə 5:0 hesabı ilə qalib gəldik. Psixoloji cəhətdən yaxşı hazırıq. Sabahkı oyun final olacaq. Hər iki komanda qələbə üçün əlindən gələni edəcək. Matça həm də fiziki cəhətdən hazırılıqlıyıq". Matç.az saytı "Report"a istinadən xəbər verir ki, bu sözləri Kosovo yığmasının futbolçusu Valon Berişa deyib.

Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının VI tur matçından əvvəl mətbuat konfransında çıxış edən oyunçu fikirlərini bölüşüb: "Təkcə komanda olaraq deyil, fərdi qaydada da heç-heçə haqqında düşünmürük. Əks halda, bu, neqativ təsir göstərə bilər. Azərbaycan yığması çox güclüdü, amma azarkeşlərin dəstəyi bizi irəli atılmağa sövq edəcək".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest