Futbol üzrə İtaliya A Seriyasında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, "Latsio" doğma meydanda "Verona" ilə qarşılaşıb.
 
Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu qarşılaşmada qapılara qol vurulmayıb. 
 
Bu heç-heçədən sonra "Latsio" 50 xalla 3-cü, "Verona" isə 31 xalla 9-cu pillədə qərarlaşıb.
 
İtaliya A Seriyası
17-ci turun oyunu
5 fevral
 
Latsio – Verona 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest