Noyabrın 16-18-də Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə "Continental Cup" turniri keçirilib. Matç.az saytının məlumatına görə, yarışda məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi 15 güləşçi təmsil edib.

Onlardan ikisi fəxri kürsüyə qalxıb. 70 kq-da yarımfinalda iki yığma üzvü qarşılaşıb. Gitinoməhəmməd Hacıyevə qalib gələn Ağahüseyn Mustafayev finala yüksəlib. Ancaq son görüşdə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib. Hacıyev isə "bürünc"ü boynundan asıb.

Xatırladaq ki, II dərəcəli beynəlxalq hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev, eləcə də III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev turnirdə ədaləti qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest