İtaliyanın "Breşiya" klubu baş məşqçisi Eugenio Korini ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
 
Korini ikinci dəfədi ki, "Breşiya"dan qovulur. O, 2019-cu ilin noyabrında da A Seriyası klubundan qovulmuş, dekabrda yenidən komandaya gətirilmişdi.
 
Artıq komandanın yeni baş məşqçisi də məlumdu. Klub rəhbərliyi bu postu Dieqo Lopesə tapşırıb. Lakin uruqvaylı məşqçi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Son olaraq Uruqvayın "Penyarol" klubunu çalışdırmış Dieqo Lopes əvvəllər İtaliyada "Kalyari", "Bolonya" və "Palermo"ya da baş məşqçilik edib.
 
"Breşiya" A Seriyasında 22 turdan sonra 15 xalla 19-cu sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest