Bundan başqa, stadionun ərazisində bilet satışı olmayacaq. Arenanın ətrafında biletsiz azarkeş olarsa, dərhal polislər tərəfindən ordan uzaqlaşdırılacaq. Ona görə də qarşılaşmanı izləmək istəyənlər mütləq daha əvvəldən təyin olunmuş yerlərdən biletləri əldə etməlidirlər.

Kosovo Futbol Federasiyası UEFA Millətlər Liqasının Azərbaycanla oyunundan öncə azarkeşlərə müraciət ünvanlayıb. Matç.az saytının məlumatına görə, yerli federasiya qarşılaşmanı stadiondan izləmək istəyən tərəfdarlara sərt qadağalar tətbiq ediləcəyi ilə bağlı məlumatları paylaşıb.

Belə ki, yerli vaxtla saat 20:45-də start götürəcək qarşılaşma üçün stadionun qapıları saat 18:00-dan etibarən açılacaq. Hətta azarkeşlərə darıxmamaq üçün deyilən vaxtdan əvvəl gəlməmək məsləhət görülüb.

Bundan başqa, stadionun ərazisində bilet satışı olmayacaq. Arenanın ətrafında biletsiz azarkeş olarsa, dərhal polislər tərəfindən ordan uzaqlaşdırılacaq. Ona görə də qarşılaşmanı izləmək istəyənlər mütləq daha əvvəldən təyin olunmuş yerlərdən biletləri əldə etməlidirlər.

Uşaqlar da daxil olmaqla, hər şəxs üçün mütləq ayrıca bilet əldə olunmalıdır.

Aşağıdakı əşyaların isə ümumiyyətlə içəri keçirilməsi qadağandır:

1. Pirotexniki vasitələr

2. ölçüsündən asılı olmayaraq şüşə və plastik qablar

3. Alkoqollu içkilər və narkotik maddələr

4. Günəbaxan tumu, cips, fıstıq, badam və s. çərəzlər də daxil olmaqla istənilən qida məhsulu

5. Ağır əşyalar (bel çantası, oturacaq və s.)

6. Odlu və soyuq silahlar və ya buna bənzər əşyalar

7. Peşəkar foto və video kameralar

8. Elektron, mexaniki və əl ilə işləyən istənilən gücləndirici vasitələr (meqafon, vuvuzela və s.)

9. Reklam və kommersiya materialları

Qeyd edək ki, Kosovo ilə Azərbaycan yığmaları arasındakı oyun sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest