"İndi istədiyimiz oyunçunu tapa bilmədik".
 
Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Abdulbari Gözəl qış fasiləsində cəmi bir transferlə kifayətlənmələrinin səbəbini açıqlayarkən deyib.
 
O, transferlərlə bağlı bütün səlahiyyətləri baş məşqçi Qurban Qurbanova verdiklərini bildirib: 
 
"Biz Qurban bəyə səlahiyyət vermişik. Onun ixtiyarı tamdı. Yəni istədiyi oyunçunu ala bilər. Biz onun qarşısına heç bir məhdudiyyət qoymamışıq. Demək, Qurban bəy o qədər məsləhət görüb. Vallah, mən transfer məsələlərinə qarışmıram, özü baxır. Biz ona tam səlahiyyət vermişik".
 
A.Gözəl legionerlərin "Qarabağ"a transfer olunmaları qarşılığında yüksək şərtlər irəli sürdüklərini də söyləyib:
 
"Nəsə oyunçular buraya gələndə iki dəfə artıq pul istəyirlər. Onlar üstünlük verirlər ki, avrokuboklarda oynasınlar. Hələ "Qarabağ"ın adı var. Bəzi oyunçular gəlir, çünki avrokuboklara vəsiqə qazanırıq". (Report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest