"Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi "Boka Xuniors"dan Santyaqo Ramos Minqonu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı müdafiəçi ilə 3+2 şərti ilə müqavilə imzalanıb.
 
Santyaqo "Barselona"nın B komandasının formasını geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest