Türkiyə kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, "Fənərbaxça" səfərdə "Kırklarelispor"la qarşılaşıb.
İstanbul təmsilçisi görüşdən 3:0 hesabı ilə qalib ayrılıb. Tərəflər arasında cavab qarşılaşması isə fevralın 11-də keçiriləcək.
"Fənərbaxça" -"Kırklarelispor" cütlüyünün qalibi "Trabzonspor" - "Erzurumspor" oyunlarının qazananı ilə görüşəcək. Trabzon təmsilçisi ilk matçda "Erzurumspor"u 5:0 hesabı ilə məğlub edib