"Valensiya" klubunun prezidenti Anil Murfi komandanın hücumçusu Rodriqonun "Barselona"ya keçməməsinin səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, klub rəhbəri oyunçuya gələn təklifin onları qane etmədiyini bildirib:

"Rodriqo üçün bəzi klublarla danışıqlarımız oldu. Onların arasında "Barselona" da var idi. Təbii ki, əgər bizim futbolçumuzu istəyirlərsə, biz də bu işə məsuliyyətlə yanaşmalıyıq. Ancaq etiraf edim ki, onların təklifi oyunçunun səviyyəsinin çox aşağısında idi. Bu səbəbdən də transfer baş tutmadı".

Qeyd edək ki, Rodriqo bu mövsüm komandası ilə 19 oyun keçirib və 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest