"Qalatasaray"ın hücumçusu Radamel Falkao karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı futbolçu "Əl Hilal" klubunun maraq dairəsindədir.

Məlumatda bildirilir ki,  Ərəbistan klubu hazırkı hücumçu Bafetimbi Qomislə müqaviləni yeniləməyəcək. Onun yerinə isə İstanbul təmsilçisinizn üzvü Radamel Falkao düşünülür.

Klub rəhbərliyinin oyunçu üçün "Qalatasaray"a 12 milyon avro təklif edəcəyi bildirilir.

Falkao bu mövsüm "sarı-qırmızılar"la 15 oyuna çıxıb və 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest