"Breşiya" baş məşqçi Eucenio Korini ilə yolları ayırmağa hazırlaşır. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyinin siyahısında adı millimizlə hallanan iki məşqçi də yer alıb.

 "Breşia"nın prezidenti Massimo çellino Korininin yerinə De Byazi və ya Cesare Prandellinin gətirilməsini istəyir. Onun həftəsonu bu iki mütəxəssisin biri ilə danışıqlara başlayacağı bildirilib.

Qeyd edək ki, adı çəkilən hər iki baş məşqçi də AFFA-nın milli komanda üçün düşündüyü namizədlər arasındadır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest