"Heç kim arxayın davrana bilməz. Mən özünü göstərməyə çalışanlarla işləməyə üstünlük verirəm. Yeni gələn oyunçular üçün nəsə demək tez olar. Onlardan çox şey gözləyirəm"

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Foneks Rizinq" yoxlama görüşü keçirib. Matc.az xəbər verir ki, "çinsinnati"yə 0:3 hesablı məğlubiyyətdən sonra Arizona təmsilçisinin baş məşqçisi Rik Şants oyun barədə fikirlərini açıqlayıb.

"Məğlub olmaq yaxşı hal deyil. Ancaq komandamın daha güclü olduğunu düşünürəm. Son bir həftədir ağır məşqlər edirik. Düşünürəm ki, bu səbəbdən komandanı yorğun gördüm. Heyətimizdə güclü futbolçular var. çempionatda daha fərqli çıxış edəcəyik" - deyə, çalışdırıcı bildirib.

Amerikalı mütəxəssis heyətə cəlb edilən yeni futbolçular barədə də danışıb: "Burada bütün futbolçular ən yaxşısını etməyə çalışmalıdır. Heç kim arxayın davrana bilməz. Mən özünü göstərməyə çalışanlarla işləməyə üstünlük verirəm. Yeni gələn oyunçular üçün nəsə demək tez olar. Onlardan çox şey gözləyirəm".

Qeyd edək ki, Dadaşov bu görüşü kənardan izləyib. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilsə də, Rüfət meydana çıxmayıb. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest