İngiltərənin "Brayton" klubunun futbolçusu Yurgen Lokadia karyerasını ABŞ-da davam etdirəcək. Matc.az xəbər verir ki, 26 yaşlı hücumçu "çinçinnati" klubuna keçib.
 
Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lokadia mövsümün sonuna qədər icarə əsasında "çinçinnati"də forma geyinəcək.
 
Niderlandlı hücumçu mövsümün ilk dövrəsini icarə əsasında "Hoffenhaym"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest