FİFA Afrika futbolu ilə bağlı yeni qərarlar qəbul etməyə hazırlaşır. Matc.az xəbər verir ki, bu barədə qrumun rəhbəri Canni İnfantino məlumat verib. O, Afrikada futbolu inkişaf etdirməli olduqlarını bildirib.

İnfantino ilkin olaraq hər iki ildən bir keçirilən Afrika Beynəlxalq Kubokunu 4 ildən bir etməyi düşündüklərini açıqlayıb. Bundan başqa, o, sırf Afrika klublarının qatıla biləcəyi Afrika çempionlar Liqası turnirini həyata keçirməli olduqlarını qeyd edib. İnfantino bildirib ki, FİFA-ya üzv olan 54 Afrika ölkəsinin hamısında ən az bir dənə beynəlxalq standartlara cavab verən stadion olmalıdır.

Federasiya prezindenti daha sonra çıxışını belə tamamlayıb:

"Pele Afrikadan bir ölkənin dünya çempionu olmasını istədiyini demişdi. Bilirsiniz ki, bu arzu hələ həyata keçməyib. Biz çalışmalıyıq, bu qitədəki futbolu daha da inkişaf etdirək. Bundan sonra, Afrikadakı hakimlərin peşəkarlaşması və buradakı oyunçuların Avropaya çıxması üçün əlimizdən gələni edəcəyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest