PSJ-nin ulduz  futbolçusu Neymar heyətdən çıxarılıb. Matc.az xəbər verir ki, buna səbəb oyunçunun Fransa çempionatının 22-ci turunda "Monpelye" ilə görüşdə zədələnməsi olub. O, PSJ-nin bu gün "Nant"a qarşı keçirəcəyi oyunun heyətinə daxil edilməyib.

Klubdan verilən açıqlamaya görə, braziliyalı futbolçunun belində ağrılar var.  Ancaq dünən Fransa mətbuatında çıxan xəbərlər tamam fərqli olub. Belə ki, Neymarın 3-4 gün istirahət etməli olduğu halda bazar günü Parisdəki gecə klublarının birində özünə ad günü keçirməsi birmənalı qarşılanmayıb. İddialara görə, braziliyalının əyləncəsi üçün zədəni bahənə etdiyi və baş məşqçinin də buna göz yumduğu bildirilib.

Məsələ ilə bağlı açıqlama verən komandanın baş məşqçisi Tomas Tuxel oyunçusu barədə çıxan xəbərləri təkzib edib. O, heyəti Neymarın ad gününə görə bəlirləmədiyini söyləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest