"çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas İtaliyaya köçə bilər. Matç.az saytının "Calciomercato"ya istinadən məlumatına görə, "Milan" ulduz futbolçunun xidmətində maraqlıdı.

London klubunda əsas heyətə düşə bilməyən ispaniyalı orta sahə oyunçusu özü də komandasını dəyişmək niyyətindədi. Həmçinin "çelsi" də onu satmağın əleyhinə deyil. Buna səbəb Fabreqasın həftəlik 200 min funt-sterlinqlik maaşla ən yüksək ödənişli oyunçulardan olmasıdı. Ancaq "Milan"ın işini çətinə salan amil "İnter", "Qalatasaray" və "Atletiko"nun da 31 yaşlı yarımmüdafiəçi ilə maraqlanmasıdı.

Qeyd edək ki, Sesk Fabreqas "çelsi"yə 2014-cü ildə "Barselona"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest