Ukraynanın "Aleksandriya" klubu yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi Premyer Liqa təmsilçisi Qazaxıstanın "Kaysar" klubu ilə qarşılaşıb.
 
Paşayevin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Pavel də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Komandası matçdakı yeganə qolu da ilk yarıda vurub.
 
"Aleksandriya" qış toplanışı çərçivəsində növbəti yoxlama oyununu fevralın 6-da Bolqarıstanın "Levski" klubuna qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest