Uzun müddətdir zədə səbəbindən meydanlardan uzaq qalan "Qalatasaray"ın forvardı Florin Andone məşqlərə başlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, rumıniyalı futbolçu məşqin ilk bölümünü komanda ilə birgə keçirib. 26 yaşlı hücumçu daha sonra  fiziki ağırlıqlı hazırlığa keçib.

Qeyd edək ki, Andone noyabrda "Qaziantep"ə qarşı keçirilən oyunda zədələnmişdi. O, bu mövsüm komandası ilə keçirdiyi 9 oyunda 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest