"Qarabağ" Dani Kintana ilə yolları ayırıb. Matc.az-ən xəbər verir ki, klubun rəsmi Feysbuk səhifəsi "Təşəkkürlər, Kintana" başlıqlı video paylaşıb.
 
Videoda Ağdam klubunun bugünkü məşqində futbolçuların Danini ilə vidalaşdığı görünür. İspaniyalı futbolçunun karyerasını çində davam etdirəcəyi gözlənilir.
 
32 yaşlı yarımmüdafiəçi 2015-ci ildən Ağdam klubunda oynayırdı. İspaniyalı bu müddət ərzində "Qarabağ"da 146 oyun keçirib və 42 qol vurub.
 
Təcrübəli yarımmüdafiəçi çinin "Chengdu Better City" klubuna (birinci liqada çıxış edir - red.) transfer olunub. O, bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest