Avropa liqalarında çempionluğa iddialılar arasında ən az qol buraxan komanda bəllidir. Matc.az xəbər verir ki, Madrid "Real"ı cari mövsümdə keçirdiyi 22 görüşdə cəmi 13 dəfə məyus olub.

A Seriyasının lideri "Yuventus" və  Fransa çempionu PSJ 22 oyun keçirib. Hesabat turunadək Turin təmsilçisi 21, parislilər 14 qol buraxıb. İngiltərə Premyer Liqasında məğlubiyyət üzü görməyən lider "Liverpul" 25 görüşdə qapısında 15 qol görüb. Almaniya nəhəngi "Bavariya" isə keçirilən 20 çempionat qarşılaşmasında 23 topa üzülüb.

"Real" "böyük beşlik"də hələlik ən az qol buraxan komandadır. Maraqlıdır ki, Madrid təmsilçisi son Azərbaycan çempionu "Qarabağ"la eyni sayda - cəmi 13 qol buraxıb. 

"Qarabağ" digər komandalarla müqayisədə daha az oyun keçirsə də, hələlik qapısında ən az qol görən liderlər siyahısındadır. Ağdam klubu 15 oyunda 25 dəfə fərqlənsə də, rəqibləri 13 qola sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest