İngiltərə Premyer Liqasının 25-ci turuna "Mançester Siti" səfərdə "Tottenhem"ə 0:2 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, görüşün ardından "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola qarşılaşmanı dəyərləndirib:

"çox yaxşı oynadıq. Belə bir oyundan sonra məğlub olmaq pis təsir edir. Artıq neçənci dəfədir ki, qapımıza iki dəfə hücum edirlər və ikisi də qol olur. Söz tapa bilmirəm. Belə bir oyunu necə tənqid edəsən? Rəqibin qapısında bir çox qol epizodu yaratdıq.  Fasilədə oyunçularıma ehtiyatlı olmağı tapşırdım. çünki sarı vərəqlər çox asan göstərilir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest