"Ötən turdakı məğlubiyyətin ardından özümüzə gəlməliydik. Bu gün qazanılan bir xal heç də pis deyil. Məncə, faciəvi heçnə yoxdur. Qarşıda hələ kifayət qədər oyun var. Düşünürəm ki, biz daha da yaxşı nəticələr qazanacağıq"

"ötən tur məğlub olduqdan sonra bu oyun fərqli çıxış etməliydik. Düşünürəm ki, rəqibə qarşı pis mübarizə aparmadıq"

Matc.az xəbər verir ki, bu sözləri "Erzgebirge"də çıxış edən Dmitri Nazarov II Bundesliqanın 20-ci turu çərçivəsində evdə "Arminiya"ya (0:0) qarşı keçirilən oyundan  sonra deyib. Milli komandamızın üzvü görüşdə qalib gəlmək üçün şanslarının olduğunu da bildirib:

"Bilirsiniz ki, rəqib hazırda turnir cədvəlində liderdir. Ancaq buna baxmayaraq, pis oyun keçirmədik. Qalib gəlmək üçün şanslarımız da oldu. ötən turdakı məğlubiyyətin ardından özümüzə gəlməliydik. Bu gün qazanılan bir xal heç də pis deyil. Məncə, faciəvi heçnə yoxdur. Qarşıda hələ kifayət qədər oyun var. Düşünürəm ki, biz daha da yaxşı nəticələr qazanacağıq".

Qeyd edək ki, Aue təmsilçisi turbnir cədvəlində 30 xalla 6-cı pillədə qərarlaşıb. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest