Futbol üzrə İtaliya A Seriyasında 22-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib.
 
Lider "Yuventus" bu turda doğma azarkeşləri qarşısında "Fiorentina"nı sınağa çəkib və 3 cavabsız qolla qalib gəlib.
 
"İnter" "Udineze" ilə səfər oyunundan inamlı qələbə ilə ayrılıb. 
 
"Milan" isə "Verona" ilə üz-üzə gəlib. Bu qarşılaşma heç-heçə yekunlaşıb.
 
İtaliya A Seriyası
22-ci tur
1 fevral
 
Bolonya – Breşiya 2:1
Qol: Orsolini, 43. Bani, 89 – Torreqrossa, 36-pen.
 
Kalyari – Parma 2:2
Qol: J.Pedro, 19. Simeone, 54 – Kuçka, 42. Kornelius, 90+4.
 
Sassuolo – Roma 4:2
Qol: Kaputo, 7; 16. Dyuriçiç, 26. Boqa, 74 – Dzeko, 55. Veretu, 72-pen.
 
2 fevral
 
Yuventus – Fiorentina 3:0
Qol: Ronaldo, 40-pen; 80-pen. De Liqt, 90+1.
 
Milan – Verona 1:1
Qol: H.çalhanoğlu, 29 – Faraoni, 13.
 
Atalanta – Cenoa 2:2
Qol: Toloi, 13. İliçiç, 35 – Krişito, 19. Sanabria, 33.
 
Latsio – SPAL 5:1
Qol: İmmobile, 3; 29. Kaysedo, 16; 38. Adekanye, 58 – Missiroli, 65.
 
Leççe – Torino 4:0
Qol: Deyola, 11. Barak, 19. Falko, 64. Lapadula, 78.
 
Udineze – İnter 0:2
Qol: Lukaku, 64; 71-pen.
 
3 fevral
 
23:45 Sampdoriya – Napoli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest