Futbol üzrə Braziliya yığmasının sabiq müdafiəçisi Lusio karyerasını başa vurub. Matc.az xəbər verir ki, o, bu barədə qərarını "Instagram" hesabında bəyan edib:
 
41 yaşlı futbolçu 22 illik karyerasını tamamlamağa qərar verdiyini bildirib.
 
"Quara"nın yetirməsi olan, daha çox "Bavariya", "Bayer" və Milan "İter"indəki çıxışı ilə tanınan braziliyalı futbolçu, "İnternasional", "Yuventus", "San Paulo", "Palmeyras", "Qoa", "Qama" və "Braziliense" klublarının da uğurları üçün çalışıb. O, Braziliya yığmasında 105 oyun keçirib, 4 qola imza atıb. Lusio karyerası ərzində çempionlar Liqasının, Dç-2002-nin və Konfederasiyalar kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest