Kiprdə təlim-məşq toplanışında olan "Ufa" klubu növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Rusiyanın Premyer Liqa təmsilçisi Latviyanın "Liepaya" klubuyla qarşılaşıb. Görüş "Ufa"nın 3:0 hesablı qələbəsiylə başa çatıb.
 
Azərbaycanlı futbolçu Azər Əliyev də sözügedən oyunun iştirakçısı olub. Əsas heyətdə matça başlayan Əliyev, 80-ci dəqiqədə əvəzlənib.
 
"Ufa"nın digər azərbaycanlı futbolçusu Turqay Möhbalıyev isə Kiprə aparılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest