Futbol üzrə Fransa Liqa 1-də 22-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
Turnir cədvəlinin vahid lideri PSJ "Monpelye"ni sınağa çəkib. Paris təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib.
 
"Monako" isə autsayder "Nim"in qonağı olub və məğlubiyyətlə üzləşib.
 
Fransa Liqa 1
22-ci tur
31 yanvar
 
Renn – Nant 3:2
Qol: Rafinya, 71; 90+8. Burijo, 90+5 – Da Silva, 47-öz qapısına. Simon, 80.
 
1 fevral
 
PSJ – Monpelye 5:0
Qol: Sarabia, 8. Di Mariya, 41. Konqre, 44-öz qapısına. Mbappe, 57. Kurjava, 65.
 
Amyen – Tuluza 0:0
 
Anje – Reyms 1:4
Qol: Aliui, 7 – Ture, 38-pen. Abdelhamid, 62. Santamaria, 74-öz qapısına. Dia, 75.
 
Dijon – Brest 3:0
Qol: Balde, 3; 20. Mavididi, 77.
 
Nim – Monako 3:1
Qol: Migel, 27. Filipoto, 62. Martines, 79 – Ben Yedder, 13.
 
Strasburq – Lill 1:2
Qol: Tomasson, 12 – Qabriel, 65. Osimhen, 79.
 
2 fevral
 
18:00 Nitsa – Olimpik (Lion)
20:00 Mets – Sent-Etyen
00:00 Bordo – Olimpik (Marsel)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest