Futbol üzrə Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
Dortmund "Borussiya"sı bu turda "Yunion"u darmadağın edib. 
 
"Bavariya" isə "Maynts"ı sınağa çəkib və inamlı qələbəyə sevinib.
 
Turun mərkəzi görüşündə lider "Leyptsiq" ən yaxın izləyicilərindən olan Münhenqladbax "Borussiya"sını qəbul edib. Bu görüş heç-heçə başa çatdığı üçün liderliyi "Bavariya" ələ keçirib.
 
Almaniya Bundesliqası
20-ci tur
31 yanvar
 
Herta – Şalke 0:0
 
1 fevral
 
Auqsburq – Verder 2:1
Qol: Nyederlexner, 67. Varqas, 82 – Yedvay, 23-öz qapısına.
 
Borussiya (Dortmund) – Yunion 5:0
Qol: Sanço, 13. Haland, 18; 76. Roys, 68-pen. Vitsel, 70.
 
Fortuna – Ayntraxt 1:1
Qol: K.Ayhan, 78 – çandler, 90+3.
 
Hoffenhaym – Bayer 2:1
Qol: Kramariç, 23 – Skov, 65 – Diabi, 11.
 
Maynts – Bavariya 1:3
Qol: Yuste, 45 – Levandovski, 8. Müller, 14. Alkantara, 26.
 
Leyptsiq – Borussiya (Münhenqladbax) 2:2
Qol: Şik, 50. Nkunku, 89 – Plea, 24. Hofmann, 35.
 
2 fevral
 
18:30 Köln – Frayburq
21:00 Paderborn – Volfsburq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest