İtaliyanın "İnter" klubu "Breşia"nın yarımmüdafiəçisi Sandro Tonalinin transferi üçün rəsmi təkliflə çıxış edib. Matç.az saytı xəbər verir ki, Milan təmsilçisi 18 yaşlı futbolçu üçün 15 milyon avro və əlavə bonuslar verməyə hazrdı.

B seriyası təmsilçisi futbolçusunu 25 milyondan aşağı qiymətə satmaq istəmədiyi üçün "İnter"in təklifinin reallaşmayacağı gözlənilir. Amma milanlıların ilkin təklif etdiyi məbləği 25 milyona qədər qaldırması da istisna edilmir.

Tonaliyə digər müştərilər də var. Bunlar "Yuventus" və "Roma"dı. "İnter"in hərəkətə keçməsi bu iki klubu da təcili addımlar atmağa vadar edəcək.

Düzdü, "Mançester Siti", "çelsi" və "Monako" da oyunçunu heyətində görmək istəyir. Lakin Tonali İtaliyada qalacağını açıqlayıb.

Qeyd edək ki, Tonali cari mövsüm B seriyasının 11 oyununda 1 qol vurub və bu ay İtaliya millisinə dəvət alıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest