İspaniyalı yarımmüdafiəçi Coni Montielinin "Qarabağ" keçidi alınmaya bilər. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb "Ray Valyekano"nun baş məşqçisi Fransisko Xemesin transferə qarşı çıxması olub.

Xəbərdə Montielinin ayrılmasının Xemes üçün şok olacağı qeyd edilib. Onun son anda gələn bu ayrılıq xəbərindən narazı olduğu vurğulanıb. Baş məşqçi transfer dönəmi bitdiyi üçün oyunçunu əldən vermək istəmir. O, oyunçunun yerinin dolmayacağından çəkinir.  Ancaq hər şeyə rəğmən, danışıqların davam etdiyi bildirilib.

Hazırda Avropanın əksər ölkələrində transfer pəncərəsi bağlanıb. Əgər "Ray Valyekano" 21 yaşlı futbolçunu "Qarabağ"a versə, onun yerinə heç kimi ala bilməyəcək.

Qeyd edək ki, Coni Montieli komandası ilə cari mövsümə 12 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest