Bu gün La Liqada 22-ci tura start veriləcək.
Matc.az xəbər verir ki, turun mərkəzi matçı saat 19.00-da start götürəcək. Madrid derbisində "Real" "Atletiko"nu qəbul edəcək.
Qeyd edək ki, 21 oyundan 46 xalı olan "Real" 1-ci, 36 xala malik "Atletiko" 5-ci yerdədir.