"Liverpul"un yeni transferi Takumi Minamina İngiltərə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, yaponiyalı oyunçu komandaya uyğunlaşdığını bildirib:

"Artıq Liverpulda yaşayıram. Komandadakı bütün oyunçular mənimlə xüsusi maraqlanırlar. Nabi Keita və Sadio Mane ilə yaxın dostam. Almanca bilən oyunçular mənə kömək edirlər. Vaxt az olur deyə, ingilis dilini öyrənə bilmirəm. Ancaq yolda boş vaxtlarda müəyyən sözlər əzbərləməyə çalışıram.

Komandaya gəldiyim ilk gündə  baş məşqçimiz Yurgen Kloppun mənə dediyi söz untmuram. O, mənə istədiyim şəkildə oynaya biləcəyimi və futboldan zövq almağımı söylədi. Bu sözləri baş məşqçidən eşitmək mənim üçün çox xoşdur. O, həqiqətən də oyunçuları necə motivasiya edəcəyini bilir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest