"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer komandanın yeni transferi Bruno Fernandeş barədə danışıb. Matc.az xəbər verir ki, norveçli mütəxəssis ona inandığını açıqlayıb:

"Brunonu heç kimlər müqayyisə etmək lazım deyil. Bu komandada daha öncə də portuqaliyalı futbolçu olub. Ancaq bu o demək deyil ki, biz onu Kristiano Ronaldo ilə müqayyisə etməliyik. Ronaldo burada fantastik işlər görüb. Əgər Fernandesi Ronaldo ilə müqayyəsi etsək, ədalətsizlik olar. O, daha çox Pol Skoulza bənzəyir. Meydana aid hər şeyi bilir. Ona inanırıq və özünü göstərməsi üçün vaxt verəcəyik".

Qeyd edək ki, "Mancester Yunayted" portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest