Bir müddətdir adı "Qarabağ"la çəkilən Alper Potukun Ağdam təmsilçisi ilə anlaşdığı iddia edildi. Matc.az xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Milliyet" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, Ağdam klubu bir müddətdir oyunçu ilə danışıqlar aparır və artıq tərəflər bir neçə məsələdə anlaşıblar. Oyunçunun mövsümün sonuna qədər icarə əsasında "Qarabağ"da çıxış edəcəyi bildirilir.

Türkiyə millisinin sabiq üzvünü Süper Liqa təmsilçisi "Rizespor" istəsə də, Potuk karyerasını "Qarabağ"da davam etdirmək istəyib. "Fənərbaxça"da illik 1,2 milyon avro qazanan Alperə mövsümün yarısının maaşı ödəniləcək. Ancaq "Köhlən atlar"ın qalan 6 ay üçün 600 min avro ödəmək gücü olmadığı üçün bəlli bir miqdar "Fənərbaxça" tərəfindən qarşılanacaq.

Xəbərdə qeyd edilib ki, "Qarabağ" eyni zamanda  oyunçunun satın alma hüququna da yiyələnəcək. Əgər təcrübəli futbolçunun 6 aylıq performansı klub rəhbərliyi qane etsə, o zaman futbolçu bəlli bir miqdar qarşılığında transfer ediləcək.

Qeyd edək ki, Avropanın bir çox ölkəsində transfer dönəmi bitsə də, Azərbaycanda hələ davam edir.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest