Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Başakşəhər"dən Tunay Torunu, TFF 1-ci liqa klubu "Menemenspor"dan isə Alber Koçu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tunay Torunla 1.5, Alber Koçla 4.5 illik müqavilə imzalanıb.
 
29 yaşlı Tunay yarımmüdafiəçi, 22 yaşlı Alber isə mərkəz müdafiəçisidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest