Türkiyənin "Yeni Malatyaspor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi misirli Kərim Hafezi və burundili Yussuf Ndayişimiyeni heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı sol cinah müdafiəçisi Kərim "Kasımpaşa"dan satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Ndayişimiye isə azad agent kimi transfer olunub. Burundi yığmasının üzvü olan yarımmüdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest