Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor" da növbəti matçına çıxıb.
 
Təbriz klubu doğma meydanda "Zobahan"la qarşılaşıb. "Traktorçular" bu oyundan qələbə ilə ayrılıblar – 2:1.
 
Təbrizin digər təmsilçisi "Maşinsazi" isə bu turda "Şəhr Xodru" ilə qarşılaşacaq.
 
"Traktor" hazırda 33 xalla 16 kollektiv arasında 3-cü, "Maşinsazi" isə 23 xalla 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest