Futbol üzrə Azərbaycan Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək "Neftçi" – "Sumqayıt" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, sabah "Bakcell Arena"da baş tutacaq oyun üçün qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.
 
Biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündü.
 
"Neftçi" – "Sumqayıt" matçına saat 17:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest