"Barselona" İspaniya kubokunun 1/8 final mərhələsində "Leqanes"i məğlub edib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 5:0 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi üçün rekordla əlamətdar olub.
 
Belə ki, argentinalı hücumçu İspaniya tarixində bir klubla 500 qələbə qazanan ilk futbolçu olub. "Barselona"nın heyətində 709 oyun keçirən Messi, 622 qol vurub.
 
32 yaşlı hücumçunun "Barselona" ilə müqaviləsi 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest