"Qarabağ" İspaniyadan daha bir futbolçu ala bilər. Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 
 
Məlumatda bildirlir ki, Ağdam klubu "Rayo Valyekano"nun yarımmüdafiəçisi Coni Montieli heyətinə qatmaq istəyir. Xəbərdə Sequnda təmsilçisinin əsas heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı futbolçunun Avropada transfer pəncərəsinin son günündə davamlı oynaya biləcəyi bir kluba getmək istədiyi bildirilir. İspaniyanın U-17, U-18 və U-19 yığmalarında oynamış Montiel "Rayo Valkeyako"nun yetirməsidir.
 
Qeyd edək ki, o, bu mövsüm komandası ilə 12 oyun keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest