İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Neapol təmsilçisi SPAL-dan Andrea Petanyanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçuyla 5 illik müqavilə imzalanıb.
 
Petanya mövsümün sonuna qədər icarə əsasında SPAL-da forma geyinəcək.
 
"Milan"ın yetirməsi olan Petanya, bir dəfə də İtaliya yığmasının formasını geyinib.
 
Hücumçu bu mövsüm A Seriyasında 20 oyunda 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest