"Milla" "Qəbələ"nin yeni titul sponsoru oldu. Matc.az xəbər verir ki, ötən ilin sonu "Jalə" brendi ilə sponsorluq anlaşmasına imza atan "Qəbələ" İdman Klubu ölkəmizin daha bir tanınmış markası ilə əməkdaşlığa start verir.

Süd məhsulları istehsalında lider marka olan "Milla" brendi artıq "qırmızı-qaralar"ın titul sponsorudur. "Qəbələ" İdman Klubu ilə "Milla" arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir. Razılaşmaya əsasən əsas komandanın oyun formalarının ön hissəsində "Milla" brendinin loqosu əks olunacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest