İngiltərə klubu "Şeffild Yunayted" tarixinin ən bahalı transferini edib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi norveçli futbolçu Sander Bergeni heyətinə qatıb.

Komanda Belçikanın "Genk" klubunda çıxış edən norveçli futbolçu üçün 22 milyon avro ödəyib. Bu, "Şeffild Yunayted" tarixinin ən bahalı transferi olub.

Qeyd edək ki, Sander Berge  "Genk"də 98 oyun keçirib və 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest