Fransanın "Olimpik" (Lion) klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Atletiko Paranaense"dən Bruno Gimaraynsı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Lion təmsilçisi Bruno üçün Braziliya klubuna 20 milyon avro ödəyəcək.
 
Yarımmüdafiəçi yeni komandasında 39 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest