İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Əndəlüs təmsilçisi "Milan"dan Susonu icarə əsasında heyətinə qatıb.
 
Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 18 aylıq icarə müqaviləsi imzalanıb. "Sevilya" ispan futbolçunu transfer etmək hüququna da malikdir. Suso yeni komandasında 14 nömrəli formanı geyinəcək.
 
"Milan"da 153 matça çıxan Suso, bu oyunlarda 24 qol vurub və 31 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi İspaniya milli komandasının da üzvüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest