Bu həftə Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ikinci yarısına start veriləcək. Matc.az xəbər verir ki, "Zirə" də 2020-ci ildə ilk rəsmi matçını keçirəcək.
 
"Qartallar" Premyer Liqada oynadığı müddətdə 5-ci dəfə qış fasiləsindən sonra mübarizəni davam etdirəcək. Evdə "Sabah"ı qəbul edəcək komanda ötən ilə də bu rəqiblə matçla start vermişdi. Həmin vaxt qeydə alınan 0:2 hesablı məğlubiyyət "Zirə"nin qış fasiləsindən sonrakı ilk oyunlarda aldığı yeganə məğlubiyyətdi.
Digər üç mövsümdə komanda yeni ilə xalla başlayıb. 2016-cı ildə "İnter" (indiki "Keşlə), bir il sonra AZAL-ı qəbul edən "qartallar" hər iki görüşdə eyni – 2:1 hesabı ilə qalib gəlib. 2017/18 mövsümünün ikinci yarısı isə heç-heçə ilə başlayıb. "Zirə" "Sumqayıt"la qollu sülhə imza atıb.
 
Qeyd edək ki, əvvəlki 4 ildə olduğu kimi komanda yenə fasilədən sonrakı ilk qarşılaşmasını evdə keçirəcək.
 
Qış fasiləsindən sonrakı ilk oyunlar
 
31.01.2016. "Zirə" – "İnter" – 2:1
29.01.2017. "Zirə" – AZAL – 2:1
10.02.2018. "Zirə" – "Sumqayıt" – 1:1
02.02.2019. "Zirə" – "Sabah" – 0:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest