Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən "Qəbələ" heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki,  "qırmızı-qaralar" qış "transfer pəncərəsi"ndə fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.
 
Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, "Kretey" (2015-2016) və "Lans" (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-19-cu illərdə Belçikanın "Union Sent Jiluaz" klubunun formasını geyinib.
 
Xatırladaq ki, "Qəbələ" bunadək qış "transfer pəncərəsi"ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest